Amnistiya aktının icrası Ədliyyə Nazirliyinin Probasiya Xidmətində davam edir
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 19 dekabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının icrası Ədliyyə Nazirliyinin Probasiya Xidmətində davam edir.
Crossmedia.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Probasiya xidmətində aidiyyəti dövlət qurumlarının, Nazirlik yanında İctimai şuranın və media nümayəndələrinin iştirakı ilə probasiya nəzarətində olan şəxslər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalardan azad olunurlar.
16:14 22.12.2025
Oxunuş sayı: 1049