Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən "Kristal Abşeron" yaşayış kompleksində qeydə alınıb.
Yanğınla əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının cəlb olunduğu bildirilir.
18:07 21.12.2025
Oxunuş sayı: 986