"Real" klubu futbolçusuna dəstək olub
İspaniyanın "Real" klubunun rəhbərliyi "Sevilya"ya qarşı La Liqanın XVII turunun oyununda azarkeşlər tərəfindən titə basılan futbolçu Vinisius Juniora dəstək olub.
Crossmedia.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Bildirilib ki, komandada son aylarda braziliyalı oyunçunun ətrafında yaranan atmosfer narahatlıq doğurur.
"Kral klubu"nun prezidenti Florentino Peres daim Vinisius Juniorla səmimi söhbətlər edir. O, futbolçunun meydandakı əzmkarlığını yüksək qiymətləndirir.
25 yaşlı hücumçu isə mövsümün hazırkı mərhələsində optimal formasında olmadığını etiraf edib.
Qeyd edək ki, "Real" "Sevilya"nı iki cavabsız qolla üstələyib.
17:41 21.12.2025
Oxunuş sayı: 1064