AYNA müxtəlif istiqamətlər üzrə müntəzəm avtobus marşrutları üçün müsabiqə elan edib
Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.
Crossmedia.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, Bakı–Gəncə, Bakı-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı-Laçın, Bakı–Mingəçevir, Bakı-Şəki, Sumqayıt- Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı-Göyçay, Sumqayıt-Ağdam, Sumqayıt–Cəbrayıl, Sumqayıt-Kürdəmir, Sumqayıt-Yalama (Xaçmaz), Gəncə-Balakən, Ağcabədi-Gəncə, İmişli-Sumqayıt, Gəncə-Mingəçevir, Bərdə–İsmayıllı, Mingəçevir-Gəncə, Mingəçevir-Horadiz, Mingəçevir-Bərdə, Bərdə-Mingəçevir, Gəncə-Qazax, Qazax-Gəncə şəhərlərarası, Aşağı Atuc kəndi (Quba) - Heydər Əliyev prospekti (Mərkəzi Bazar), Burunqovaq (Samux) - Gəncə (Dəmiryol vağzalı), Qaraarx (Samux) - Gəncə (Dəmiryol vağzalı) istiqamətlərində, həmçinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə 142, 551, 555 və 592 nömrəli şəhərətrafı avtobus marşrutları müsabiqəyə çıxarılır.
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.
Sənədlər 17 yanvar 2026-cı il, saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (Mob: 050-444-10-75, e-poçt: [email protected]) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Gəncə, Bakı-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı-Laçın (Laçın-Həkəri-Zəngilan yolu), Bakı– Mingəçevir, Bakı-Şəki, Sumqayıt- Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı-Göyçay istiqamətlərində 8 lot üzrə yanvarın 23-də, Sumqayıt-Ağdam, Sumqayıt–Cəbrayıl, Sumqayıt-Kürdəmir, Sumqayıt-Yalama (Xaçmaz), Gəncə-Balakən, Ağcabədi-Gəncə, İmişli-Sumqayıt istiqamətlərində 7 lot üzrə yanvarın 27-də, Gəncə-Mingəçevir, Bərdə–İsmayıllı, Mingəçevir-Gəncə, Mingəçevir-Horadiz, Mingəçevir-Bərdə, Bərdə-Mingəçevir istiqamətlərində 7 lot üzrə yanvarın 30-da, Gəncə-Qazax və Qazax-Gəncə istiqamətlərində 8 lot üzrə fevralın 3-də, Aşağı Atuc kəndi (Quba) - Heydər Əliyev prospekti (Mərkəzi bazar), Burunqovaq (Samux) - Gəncə (Dəmiryol vağzalı), Qaraarx (Samux) - Gəncə (Dəmiryol vağzalı) istiqamətlərində və 142 nömrəli (metronun "20 Yanvar" stansiyası - Masazır kəndi) şəhərətrafı, 551 nömrəli (Bakı BAK - Atyalı yaşayış massivi) şəhərətrafı, 555 nömrəli (Sumqayıt şəhər avtovağzalı - Müşfiqabad qəsəbəsi) şəhərətrafı və 592 nömrəli (Gorədil qəsəbəsi - Xırdalan şəhəri) şəhərətrafı avtobus marşrutları üzrə 7 lot üzrə fevralın 6-da baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
18:30 19.12.2025
Oxunuş sayı: 925