Cross Medianın baş redaktoru yubiley medialı ilə təltif olundu
Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə bir qrup media nümayəndəsi Prezident İlham Əliyevin 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsis edilmiş "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif ediliblər. Təltif olunanlar sırasında Crossmedia.az Analitik İnformasiya Portalının baş redaktoru Mübariz Göyüşlü də var. Baş redaktor facebook sosial şəbəkə hesabında bu barədə paylaşım edib: "Prezident İlham Əliyevin 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olundum. Azərbaycan mediasına göstərdiyi diqqətə görə cənab Prezidentə təşəkkür edirəm.
Medianın İnkişafı Agentliyinə, namizdəliyimizi irəli sürən şəxslərə minnətdarlığımı bildirirəm".
17:55 19.12.2025
Oxunuş sayı: 1400