Qaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Qaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Crossmedia.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Qax şəhər ərazisində qeydə alınıb.
Xanım sürücü idarə etdiyi "Nissan" markalı avtomobillə piyada, 43 yaşlı Maya Otaraşvilini vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.(Report)
01:35 19.12.2025
Oxunuş sayı: 1021