Ordubadı qazla təmin edən kəmərdə qəza baş verib
Ordubadı qazla təmin edən qaz kəmərində qəza olub.
Crossmedia.az xəbər verir ki, Ordubad rayonunu təbii qazla təmin edən 219 mm yüksək təziqli qaz kəmərində avtomobil qəzası olub.
Hadisə Culfa rayonu ərazisində qeyfə alınıb və qəza baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə ümumilikdə 7500 aktiv əhali abonentinin və 450 qeyri-əhali abonentinin qaz təchizatı dayandırılıb.
Hazırda qəza bərpa işləri aparılır.
Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
09:15 18.12.2025
Oxunuş sayı: 1295