General Eyubov təqaüdə göndərilib
Gömrük Xidmətinin general-mayoru Həsən Eyubov tutduğu vəzifədən azad edilib və təqaüdə göndərilib.
Bu barədə Crossmedia.az xəbər verir.
Məlumata görə, Həsən Eyubov Dəniz nəqliyyatı və enerji resursları üzrə Baş Gömrük İdarəsinin rəisi vəzifəsini icra edirdi. Onun vəzifədən azad olunması ilə bağlı müvafiq əmr Dövlət Gömrük Komitəsinin sədri tərəfindən imzalanıb.
Rəsmi mənbələrdən bildirilib ki, qərar kadr islahatları çərçivəsində qəbul edilib. Hazırda sözügedən vəzifəyə yeni təyinatla bağlı məlumat verilməyib.
Qeyd edək ki, Həsən Eyubov general-mayor rütbəsinə malikdir. O, uzun illər gömrük orqanlarında müxtəlif məsul vəzifələrdə çalışıb. Həsən Eyubov Beylər Eyubovun qardaşı oğludur.
Türkanə Məşədiyeva
16:00 16.12.2025
Oxunuş sayı: 1861