Azərbaycan Cüdo Federasiyasının layihələri IJF mükafatına namizəd olub
Azərbaycan Cüdo Federasiyasının (ACF) həyata keçirdiyi iki layihə Beynəlxalq Cüdo Federasiyasının (IJF) 2025-ci il üzrə “Cüdo Mükafatları” səsverməsinə təqdim edilib.
Crossmedia.az xəbər verir ki, ACF-dən bildirilib ki, “Cüdoya İlk Addım” ilin uşaqlar üçün, “Ümumdünya Cüdo Günü: Sülh” isə ilin sülh naminə cüdo layihəsi kateqoriyasında namizəd göstərilib.
Səsvermə yanvarın 15-də yekunlaşacaq.
15:17 16.12.2025
Oxunuş sayı: 956