Haqqımda yalan xəbər yayanlarla bağlı polis idarəsinə müraciət etmişəm - Şair Vüqar Əhməd
"Böyrəyimdə daş var. Buna görə həkimə getmişdim. Özüm şöbə müdiriyəm, işə getmədiyim üçün kimə xəbər verməliydim ki".
Crossmedia.az xəbər verir ki,bunu Musavat.com-a açıqlamasında saxlanılma xəbəri yayılan tanınmış şair Vüqar Əhməd deyib.
O bildirib ki, bu cür xəbərləri onun imicinə zərbə vurmaq üçün yayırlar :"Xəstələnmişdim deyə həkimə getmişdim. Məni kim saxlayacaqdı ki?! Bu xəbəri yayan şəxslərin mənimlə qərəzi var. Bu günə qədər baş qoşmurdum, amma bu xəbərdən sonra artıq polis idarəsinə müraciət etmişəm. Sifarişlə haqqımda yalan məlumatlar yayırlar"
20:41 15.12.2025
Oxunuş sayı: 1273