Azərbaycan atleti Mersin Marafonunda ikinci olub
Naxçıvanlı atlet Əmrah Nağıyev Türkiyənin Mersin şəhərində "Tarixə, təbiətə, idmana və dostluğa – atdığın hər addımda Mersin səninlədir" şüarı ilə keçirilən VII Beynəlxalq Mersin Marafonunda ikinci yeri tutub.
Crossmedia.az-ın məlumatına görə idmançı 10 km məsafəni 33 dəqiqə 27 saniyəyə qət edib.
O, ümumi sıralamada 15-ci, öz yaş qrupunda isə 2-ci pillədə qərarlaşıb.
Əmrah Nağıyev medal və kubokla mükafatlandırılıb.(Report)


19:03 15.12.2025
Oxunuş sayı: 861