Azərbaycan və "Meta" əməkdaşlıq imkanlarını qiymətləndirib
Azərbaycan və "Meta" şirkəti arasında məkdaşlıq imkanları müzakirə edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.
"ABŞ-də "Meta" şirkətinin qlobal əlaqələr üzrə direktoru Molli Montqomeri ilə görüş keçirdik. Görüşdə Azərbaycanın "Meta" ilə rəqəmsal idarəetmə və innovativ həllərin tətbiqi üzrə əməkdaşlıq imkanları, eləcə də regional rəqəmsal ekosistemin inkişafına yönəlmiş birgə layihələr ətrafında fikir mübadiləsi apardıq", - paylaşımda qeyd edilib.
Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfəri çərçivəsində dövlət və bir sıra şirkət nümayəndələri ilə İKT sektorunda müzakirələr aparıb.
10:57 13.12.2025
Oxunuş sayı: 1548