Sumqayıtda yük avtomobili piyadanı vuraraq öldürüb
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə Baku-Quba yolunun Yaşma bağları adlı yaşayış massivi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata əsasən, yük avtomobili yolu keçən piyadanı (kişi) vurub. Nəticədə piyada (şəxsiyyəti dəqiqləşdirilir-red.) aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.(Report)
21:40 12.12.2025
Oxunuş sayı: 1602