Vahid Əziz - Öndərin qayıdışı Xilaskar gəlişiydi
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının taleyində mühüm rol oynayan şəxsiyyətlərdəndir. Biz onun fəaliyyətini heç vaxt unuda bilmərik.
Bunu Xalq şairi Vahid Əziz Ulu öndər Heydər Əliyevlə bağlı fikirlərini Crossmedia.az-a danışarkən deyib. Həmçinin o, Ulu öndərə həsr etdiyi şeirini eksklüziv olaraq Crossmedia.az-la bölüşüb. Şeiri təqdim edirik:
Öndərin Qayıdışı...
Öndərin qayıdışı -Xilaskar gəlişiydi -
Müqəddəslər Kitabla, Öndər-Bayraqla gəldi,
Həmin ilin payızı-bahardan fərqlənmədi -
yeni bir təntənəylə, gözəl növraqla gəldi.
Öndərin qayıdışı son qoydu məmləkətdə
kürsülər savaşına,
Xalqın üstünü aldı-qalanda özbaşına,
Öndərin gəlişiylə axan qanlar dayandı,
ətalət girdabında çaşıb-qalan millətim
yuxusundan oyandı!
Öndərin gəlişiylə-düşmən başa düşdü ki,
atını oynatdığı xana o xana deyil
"xınası" da dəyişib - "xına o xına deyil"
Öndərin gəlişiylə-əldən düşmüş əsgərin
qədəmləri bərkidi,
əzabla ötən illər Millətimin bəxtinə
yazılmış bir görk idi.
Öndərin qayıdışı-Millətimə zülm edən
vaxtın gözünü oydu
Qırx Dörd Günlük savaşda
çalınmış Zəfərlərin
bünövrəsini qoydu...
16:53 12.12.2025
Oxunuş sayı: 1588