Anar: Ən çətin günlərimdə Heydər Əliyevi xatırlayıram
Bu gün getdim qəbrinə gül qoydum. Heydər Əliyev mənim üçün hələ də sağdır, mən ən çətin günlərimdə onu xatırlayıram.
Bunu Xalq yazıçısı Anar Heydər Əliyevlə bağlı xatirələrini Crossmedia.az-la bölüşərkən deyib:
“Heydər Əliyev Azərbaycan tarixinin ən böyük şəxsiyyətlərindən biri idi. Xüsusilə mənim üçün o vacibdir ki, o ədəbiyyata çox bağlı adam idi. Mənim taleyimdə çox böyük rolu olub və onun xatirəsi mənim üçün hər zaman əzizdir”.
Ayhan
16:09 12.12.2025
Oxunuş sayı: 1673