Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VI turun oyunları keçirilib
Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VI turun oyunları keçirilib.
Crossmedia.az xəbər verir ki, qadın voleybolçular arasında 2 qarşılaşma baş tutub.
"Turan" Tovuz Olimpiya İdman Kompleksində "Milli Aviasiya Akademiyası"nı, UNEC kollektivi isə Azərbaycan Voleybol Federasiyasının idman zalında "Gənclər"i 3:0 hesabı ilə məğlub edib.
Kişilərin mübarizəsində isə "Ordu" "Neftçi"yə 3:1 hesabı ilə qalib gəlib.
Bu matç Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunub.
Qeyd edək ki, qadınların Yüksək Liqasında VI turun "Murov Az Terminal" – "Abşeron" qarşılaşması təxirə salınıb. Kişilərin mübarizəsində VI tura dekabrın 13-də yekun vurulacaq.

19:38 11.12.2025
Oxunuş sayı: 985