“Biznesə doğru ilk addım: Gənc qızlar üçün imkanlar” layihəsinin Bağlanış Mərasimi keçirilib
“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Biznesə doğru ilk addım: Gənc qızlar üçün imkanlar” layihəsinin Bağlanış Mərasimi keçirildi.
Crossmedia.az xəbər verir ki, mərasim 120-dən çox gəncin
iştirakı ilə Zərdab rayon Heydər Əliyev Mərkəzində təşkil olundu.
Layihə rəhbəri Vəfa Xəlilli AR QHT-lərə Dövlət Dəstəyi Agentliyi, təşkilatın fəaliyyəti və layihənin icrası müddəti görülmüş işlər və əldə olunmuş nəticələrlə bağlı məlumat verdi.Layihə müddətində hər birində 25 gənc qız olmaqla Zərdabda 2, Göyçay və Ucar rayonlarında 1 təlim həyata keçirilmişdir. Keçirilmiş təlimlərdə prosesi idarə edən təlimçi BMT-nin Beynəlxalq Əmək Təşkilatının təlimçisi Bağı Xəlilli təlim müddətində gənclərin biznes qurma istiqamətində əldə etdiyi biliklərdən danışdı. Təlimlərdə iştirakçıların xüsusi ideyalar istiqamətində real nümunələrlə biznes ideyaları formalaşdırıldı, bazar və rəqiblərin təhlili ilə yanaşı, biznes planının hazırlanması, maliyyə idarəçiliyi, satış və marketinq strategiyaları barədə də ətraflı məlumatlarla təmin ediliblər.
Zərdab
Peşə Liseyinin direktoru Babək Mikayılov çıxış edərkən qadınların iş imkanının
artırılması nəticəsində bilavasitə qadın hüquqlarının müdafiəsinin elə özləri tərəfindən
də təmin edildiyini bildirdi.
Zərdab
rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Nağıyev bildirdi ki, layihənin mövzusu
çox əhəmiyyətlidir, çünki hər bir qadının iş quraraq yaşayışını təmin etməsi,
rifahını yaxşılaşdırması onun ailəsinin, həmçinin rayonumuzun iqtisadi
inkişafına gətirib çıxarır.
Layihə
çərçivəsində keçirilmiş təlimdə iştirak edən Quliyeva Gülşən təlimdə əldə
etdiyi biliklərin gələcək inkişafındakı əhəmiyyətindən bəhs edərək Agentliyə təşəkkürünü
bildirdi.
Mərasim
sonrası çay süfrəsində müzakirələr davam etdirilib.
17:05 16.10.2025
Oxunuş sayı: 4688