Basketbol Liqasında IX tur bu gün başlayır
Azərbaycan Basketbol Liqasında IX tura bu gün start veriləcək.
Crossmedia.az-ın məlumatına görə, ilk oyun günündə B qrupunda iki matç keçiriləcək.
"Lənkəran" evdə "Quba"nı qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək.
Saat 20:00-da isə "Naxçıvan" və "Sərhədçi" komandaları münasibətlərə aydınlıq gətirəcəklər.
"Naxçıvan" B qrupunda 14 xalla ikinci pillədə qərarlaşıb. "Lənkəran" 11 xalla üçüncü, eyni xala malik "Quba" dördüncü, "Sərhədçi" 10 xalla beşincidir.
Qeyd edək ki, IX tura dekabrın 14-də yekun vurulacaq.
09:53 11.12.2025
Oxunuş sayı: 1362