Biləsuvar sakini Albaniyada bədbəxt hadisənin qurbanı olub
Biləsuvar rayon sakini Albaniyada bədbəxt hadisənin qurbanı olub.
Crossmedia.az xəbər verir ki, hadisə Albaniyanın Dürres limanında qeydə alınıb.
İlkin məlumata görə, Biləsuvar şəhər sakini, 2001-ci il təvəllüdlü Əvəz Cəfərovu gəmidə yük boşaltma zamanı elektrik cərəyanı vurub.
O xəstəxanaya aparılsa da, artıq öldüyü məlum olub.
Mərhum doğulduğu Biləsuvar rayonunda torpağa tapşırılacaq.
Faktla bağlı müvafiq ölkənin istintaq orqanı tərəfindən araşdırma aparılır.(Report)
00:15 10.12.2025
Oxunuş sayı: 1017