Futzal klubları üçün transfer pəncərəsi açıqlanıb
Futzal üzrə Yüksək və I Liqada iştirak edən klublar üçün qış “transfer pəncərəsi”nin vaxtı açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasından məlumat verilib.
Transfer pəncərəsi gələn il yanvarın 6-da açılacaq. Komandalar yeni transferlərini fevralın 6-sı axşam 23:59-a qədər qeydiyyatdan keçirə bilərlər.
12:47 09.12.2025
Oxunuş sayı: 890