Aİ Şurasının sədri: Avropanı sarsıtmağa çalışanlar var
"Gördüyüm odur ki, Avropanı sarsıtmağa çalışan çoxlu insan var. Niyə? Çünki Avropa İttifaqı (Aİ) güclüdür. Və biz onu daha da gücləndirmək üçün çalışırıq".
Crossmedia.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sədri Antonio Koşta "X"də yazıb.
"Müdafiə Avropasını qurmaq və strateji muxtariyyətimizi artırmaq üçün cəsarətli addımlar atmışıq. Müharibənin başlanğıcından bəri Ukraynanın ilk və ən sadiq dəstəkçisi kimi onun yanında olmuşuq. Ədalətli ticarət, ortaq rifah və qaydalara əsaslanan beynəlxalq nizamın qorunmasına əsaslanan dünya tərəfdaşları şəbəkəmizi inkişaf etdirmiş və gücləndirmişik", - o bildirib.
17:42 08.12.2025
Oxunuş sayı: 1206