“Qarabağ” U-19 – “Ayaks” matçının hakimləri bəlli oldu
"Qarabağ"ın UEFA Gənclər Liqasının əsas mərhələsinin VI turunda Bakıda "Ayaks"a (Niderland) qarşı keçirəcəyi matçın hakim təyinatları bəlli olub.
Crossmedia.az xəbər verir ki, görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanı FIFA referisi Marton Ruş idarə edəcək. Ona Gerqo Viq-Tarsonyi və Balaş Şalay kömək edəcəklər. Dördüncü hakim funksiyasını Cavid Cəlilov yerinə yetirəcək.
Qeyd edək ki, dekabrın 10-da "Azərsun Arena"da keçiriləcək görüş saat 15:00-da start götürəcək.
17:15 08.12.2025
Oxunuş sayı: 1236