Su anbarında qanunsuz balıq ovlayan şəxs saxlanılıb
Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.
Bu barədə Crossmedia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə su anbarında qanunsuz olaraq balıq ovu ilə məşğul olan Ə.Cəfərov saxlanılıb.
Həmin şəxsdən qanunsuz ovladığı balıqlar və balıqovlama ləvazimatları aşkarlanıb.
Faktla bağlı araşdırmalar aparılır.
16:28 08.12.2025
Oxunuş sayı: 920