Göygöldə avtomobil aşıb, ölən və yaralılar var
Göygöldə "Niva"nın aşması zamanı 3 nəfər xəsarət alıb, 1 nəfər isə ölüb.
Crossmedia.az-ın məlumatına görə, minik maşınının aşması nəticəsində ölən 1983-cü il təvəllüdlü M.Kalpanovdur. Xəsarət alan şəxslər isə hazırda xəstəxanaya aparılır.
Qəzada sonra minik maşını deformasiyaya uğrayıb. Əraziyə FHN-nin Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib
.Avtmobildə sıxılmış vəziyyətdə qalan 1983-cü il təvəllüdlü M.Kalpanovun meyiti xilasedicilər tərəfindən çıxarılaraq adıyyatı üzrə təhvil verilib. Əraizyə polis əməkdaşları cəlb edilib. Qəza baş verən yerdə polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri həyata keçirilir.
22:35 07.12.2025
Oxunuş sayı: 1309