Salyanda məktəbdə zəhərlənən 20 nəfərin vəziyyəti açıqlanıb - Yenilənib
Salyan rayonu Aşağı Noxudlu kənd tam orta məktəbdə baş verən hadisə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin ciddi nəzarətindədir.
Crossmedia.az xəbər verir ki, bu barədə MÜTDA-dan məlumat verilib.
Bildirilib ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəhbərliyi, yerli təhsil sektorunun əməkdaşları xəstəxanaya aparılan şagirdlərə və məktəbin texniki işçilərinə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb.
Qeyd edək ki, gün ərzində tüstüdən zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edənlərin hər biri artıq evə buraxılıb, vəziyyətləri stabildir.
Bildiririk ki, hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır.(APA)
15:33
Salyanda məktəbdə şagirdlər tüstüdən kütləvi zəhərləniblər.
Crossmedia.az xəbər verir ki, hadisə Salyan rayonunun Noxudlu kənd orta məktəbində baş verib.
Məktəbi isitmək üçün istifadə olunan yanacaq növündən 20 nəfər şagirdin zəhərlənərək xəstəxanaya yerləşdirildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır. (apa)
18:10 05.12.2025
Oxunuş sayı: 1471