Vedat Işıkhan TDT-nin iclası üçün Bakıya gəlib
Türkiyənin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Vedat Işıkhan Bakıya gəlib.
Crossmedia.az xəbər verir ki, nazir Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Əmək, Məşğulluq və Sosial Müdafiə Nazirlərinin 1-ci Toplantısında iştirak edəcək.
Görüşdən əvvəl o, Türkiyənin Azərbaycandakı səfirliyində olub.
"Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Əmək, Məşğulluq və Sosial Müdafiə nazirlərinin 1-ci Toplantısı üçün qardaş Azərbaycanın paytaxtı Bakıdayıq. Türk dövlətləri olaraq hər sahədə olduğu kimi iş həyatı və sosial təminatla bağlı məsələlərdə də həmrəyliyimizi gücləndirəcək və ortaq gələcəyimizə doğru birlikdə addımlayacağıq. Səfirimiz cənab Birol Akgünə göstərdiyi qonaqpərvərliyə görə təşəkkür edir, ona və səfirliyimizin əməkdaşlarına vəzifələrində uğurlar arzulayıram", - deyə nazir əlavə edib.
11:09 05.12.2025
Oxunuş sayı: 1607