Azərbaycanlı hakim Avropa Voleybolunda təyinat aldı
Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakim Eldar Zülfüqarova təyinat verib.
Crossmedia.az bu barədə Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir.
Beynəlxalq dərəcəli hakim dekabrın 4-də Fransada qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin "Levallois Paris" (Fransa) və "KS Developre" (Polşa) klubları arasında keçiriləcək qarşılaşmada ikinci hakim olacaq.
Matçın baş hakimi funksiyasını portuqaliyalı Rikardo Ferreyra yerinə yetirəcək.
11:21 03.12.2025
Oxunuş sayı: 635