DİN əməliyyatında minlərlə mərmi və 8 qumbara götürülüb
Ötən gün daxili işlər orqanları tərəfindən 7 mindən çox patron aşkar edilərək götürülüb.
Bu barədə Crossmedia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dekabrın 2-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 2 avtomat silahı, 1 pulemyot, 2 qumbaraatan, 1 tapança, 8 qumbara, 5 alışdırıcı, 2 tüfəng, 52 patron darağı və 7016 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
10:30 03.12.2025
Oxunuş sayı: 791