AXCP Rəyasət Heyətinin üzvünə qarşı ittiham irəli sürülüb
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimliyə ittiham irəli sürülüb.
Crossmedia.az xəbər verir ki, o, Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunur.
Xatırladaq ki, noyabrın 29-da AXCP sədri Əli Kərimli və onun müşaviri Məmməd İbrahimin evlərində DTX tərəfindən axtarış aparılıb, daha sonra onlar DTX-yə aparılaraq orada dindiriliblər.
12:51 01.12.2025
Oxunuş sayı: 1366