Kəlbəcər Şəhər Günü konsert proqramı və atəşfəşanlıqla qeyd olunub - Yenilənib
Kəlbəcər Şəhər Günü konsert proqramı və atəşfəşanlıqla qeyd olunub.
Crossmedia.az xəbər verir ki, gün ərzində təqdim olunan tamaşa və sərgilərin ardınca incəsənət xadimlərinin iştirakı ilə musiqi kompozisiyası nümayiş edilib.
Proqramda təqdim olunan bəstəkar və xalq, eləcə də aşıq mahnıları gecəyə xüsusi rəng qatıb.
Konsertin yekununda qələbənin simvolu kimi Kəlbəcər dağlarının zirvəsində üç tonqal qalanıb və atəşfəşanlıq nümayiş olunub.(Report)
10:27
Kəlbəcər Şəhəri Günü münasibətilə atəşfəşanlıq olacaq.
Crossmedia.az xəbər verir ki, gün ərzində kiçik tamaşa parçalarının və müxtəlif səpkili sərgilərin nümayişi də nəzərdə tutulur.
Bu gün axşam saatlarında isə incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı və daha sonra atəşfəşanlıq olacağı planlaşdırılır. (Report)
19:00 25.11.2025
Oxunuş sayı: 3549