Partlayışda xəsarət alanların vəziyyəti açıqlandı
Bu gün Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdəki partlayışda xəsarət alanların vəziyyətləri açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz məlumat verib.
Məlumata görə, partlayış baş verməsi səbəbilə xəsarət alan 5 nəfər KTM-ə hospitalizasiya olunub.
Onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub.
Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir. (Musavat)
12:58 24.11.2025
Oxunuş sayı: 3242