Ülviyyə Fətəliyeva dünya çempionatının qızıl medalçısı oldu
Qadın şahmatçılardan ibarət komandalar arasında dünya çempionatının mükafatlandırma mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, mərasimdə dünya çempionatında ikinci yeri tutan Azərbaycan yığmasına gümüş medallar təqdim olunub.
Fərdi nəticələr üzrə isə birinci lövhədə çıxış edən Ülviyyə Fətəliyeva ən yüksək xalı toplayaraq qızıl medala layiq görülüb.
09:12 24.11.2025
Oxunuş sayı: 2649