Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var
Hacıqabulda yol-nəqliyyat hadisəsi olub.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Meyniman kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı kənd sakinləri; 2001-ci il təvəllüdlü Məmmədova Şəfa Ötər qızı, 1983-cü il təvəllüdlü Məmmədov Vəfa Bayram oğlu və daha bir nəfər xəsarət alıb.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.(Report)
02:16 22.11.2025
Oxunuş sayı: 3616