İslamiadada Azərbaycan daha bir güləşçisi gümüş medal qazanıb - YENİLƏNİB
Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov (97 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
Crossmedia.az xəbər verir ki, onun bəhreynli rəqibi Əhməd Tajudinov üçüncü yer uğrunda görüşə çıxmadığı üçün idmançımız bürünc medal əldə edib.
Qeyd edək ki, daha əvvəl Arseniy Djioyev (86 kq) qızıl, Ağanəzər Novruzov (74 kq) gümüş medal qazanıb.
Azərbaycan sərbəst güləşçisi Arseniy Djioyev (86 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında çempion olub..
Milli üzvü finalda Xıdır Saypudinova qalib gəlib.
Görüş Azərbaycan güləşçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
17:07
Azərbaycan güləşçisi Ağanəzər Novruzov (74 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Crossmedia.az xəbər verir ki, o, finalda İran təmsilçisinə 0:5 hesabı ilə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, digər təmsilçilərimizdən Arseniy Djioyev (86 kq) qızıl, Giorgi Meşvildişvili (125 kq) bürünc medal uğrunda görüşə çıxacaq.
17:38 21.11.2025
Oxunuş sayı: 2566