Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az məlumat verir ki, hadisə İnşaatçılar qəsəbəsində qeydə alınıb.
1970-ci il təvəllüdlü Yaqub Əhədovu minik avtomobili vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.(Report)
23:12 20.11.2025
Oxunuş sayı: 1076