Çelenc Kuboku: "Xilasedici" növbəti mərhələyə yüksəlib
Azərbaycanın kişi voleybolçulardan ibarət "Xilasedici" komandası bu gün Çelenc Kubokunda 1/32 final mərhələsinin cavab görüşünə çıxıb.
Crossmedia.az xəbər verir ki, FHN-in idman zalında Rumıniyanın "Styaua" klubu ilə üz-üzə gələn Bakı təmsilçisi 3:1 hesablı qələbə qazanıb.
Ümumi qalibi müəyyənləşdirmək üçün "qızıl set"ə ehtiyac duyulub. Seti 15:14 hesabı ilə xeyrinə başa vuran "Xilasedici" 1/16 finala yüksəlib.
Qeyd edək ki, komandalar arasında baş tutan ilk görüşdə "Xilasedici" səfərdə rəqibinə 0:3 hesabı ilə uduzmuşdu.
20:50 20.11.2025
Oxunuş sayı: 1355