Azərbaycan güləşçiləri İslamiadada günü 3 medalla başa vurublar - Yenilənib
Azərbaycan güləşçiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında günü 3 medalla başa vurublar.
Crossmedia.az xəbər verir ki, son olaraq bürünc medal uğrunda keçirilən görüşdə qadınlar arasında Nigar Mirzəzadə (68 kq) rəqiblərini üstələyərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Final qarşılaşmalarında uduzan Ruzanna Məmmədova (62 kq) və İslam Bazarqanov (57 kq) isə gümüş medal qazanıblar.
Sərbəst güləşçi Əli Rəhimzadə (65 kq) isə bürünc medal uğrunda qarşılaşmada uğursuz çıxış edib.
Beləliklə güləşçilərimiz günü 2 gümüş, 1 bürünc medalla bitiriblər.
19:13
Azərbaycanın iki güləşçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Crossmedia.az xəbər verir ki, Ruzanna Məmmədova (62 kq) və sərbəst güləşçi İslam Bazarqanov (57 kq) finalda uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıblar.






19:46 20.11.2025
Oxunuş sayı: 1129