27 yaşlı gəncin ölümü ilə bağlı iş məhkəməyə göndərildi
27 yaşlı Cümşüd Cümşüdlünün “Baksol” yolu adlanan ərazidə kanalizasiya kollektoruna düşərək həlak olması faktı üzrə başlanmış cinayət işinin istintaqı başa çatıb.
Bu barədə Crossmedia.az xəbər verir.
Hadisə ilə əlaqədar “Bakı Su Kanalı” idarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətinin qəza-bərpa sahəsinin rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cəlb olunub.
Hazırda prokurorluq tərəfindən toplanmış istintaq materialları baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Türkanə Məşədiyeva
16:20 20.11.2025
Oxunuş sayı: 1178