Cənubi Qafqazda iqtisadi dinamika: Ortaq bazarın açılması ilə...
Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması artıq real mərhələyə qədəm qoyub və prosesin son düzəlişləri edilir. Regionda onilliklərdir davam edən gərginliyin aradan qalxması təkcə siyasi sabitlik yox, həm də yeni iqtisadi perspektivlərin açılması deməkdir. Cəmiyyətin ən çox müzakirə etdiyi məsələlərdən biri isə sülh sazişindən sonra Cənubi Qafqazda vahid bazar modelinin formalaşması ehtimalıdır.
Məsələ ilə bağlı ReAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Crossmedia.az-a açıqlama verib: "Cənubi Qafqazın ümumi bazarının yaradılması Gürcüstan-Azərbaycan və Gürcüstan-Ermənistan örnəyində görünür. Hər iki istiqamətdə qarşılıqlı ticarət dövriyyəsi kifayət qədər ciddidir. Məsələn Gürcüstanın iqtisadi tərəfdaşları arasında Azərbaycan ilk üçlükdə, Türkiyə isə birinci yerdədir. Eyni zamanda Gürcüstan-Ermənistan ticarət dövriyyəsinə baxanda görürük ki, hər iki dövlət iqtisadi dövriyyədə ilk 5-lik dədir. Gələcəkdə Qafqazda ortaq bazarın açılması, Türkiyənin Gürcüstan və Azərbaycanda olduğu kimi Ermənistanda da iqtisadi məsələlərdə aktiv iştirakı ilə Cənubi Qafqazda yeni fürsətlər yaradacaq".
Ayhan
13:05 20.11.2025
Oxunuş sayı: 1186