Zədələnmiş Azərbaycan FIFA referisinin vəziyyəti açıqlanıb
Azərbaycanın zədələnən FIFA referisi Elçin Məsiyevin durumu müəyyənləşib.
Crossmedia.az-ın əldə etdiyi məlumata görə, 34 yaşlı ədalət təmsilçisinin ayağında yüngül zədə var.
Onun növbəti turlarda təyinat alacağı gözlənilir.
Qeyd edək ki, Elçin Məsiyev Misli Premyer Liqasının XII turunun "Karvan-Yevlax" oyununu idarə etməli idi. Lakin qarşılaşma sonradan Rauf Cabarova tapşırılıb. E.Məsiyev sözügedən görüşdə VAR hakimi olacaq.
12:53 20.11.2025
Oxunuş sayı: 1040