Türkiyə COP31-ə ev sahibliyi edəcək
Türkiyənin gələn il keçiriləcək COP31 qlobal iqlim sammitinə ev sahibliyi edəcəyi rəsmən açıqlanıb. Bu barədə Avstraliyanın Baş naziri Entoni Albanese açıqlama verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, sammitin təşkilinə dair Türkiyə və Avstraliya arasında kompromis əldə olunub.
Razılaşmaya əsasən, COP31-in sədrliyi Türkiyəyə həvalə ediləcək, pre-COP tədbirləri isə Sakit okean regionunda təşkil olunacaq. Hökumətlərarası danışıqlara Avstraliya rəhbərlik edəcək.
Entoni Albanese bildirib ki, əldə olunan razılaşma hər iki ölkə üçün mühüm nailiyyətdir:
“Bu, həm Avstraliya, həm də Türkiyə üçün böyük qələbədir”.
COP31 qlobal iqlim sammiti Türkiyənin Antalya şəhərində keçiriləcək.
Nigar Yahyazadə
11:58 20.11.2025
Oxunuş sayı: 1430