Azərbaycanın 3x3 basketbol millisi İslamiadada qızıl medal qazanıb - Yenilənib
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Crossmedia.az xəbər verir ki, yığma finalda Türkiyə seçməsinə 21:13 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb.
Qeyd edək ki, Azərbaycan yarımfinalda Misir yığmasından güclü olmuşdu - 22:15.
18:27
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Crossmedia.az xəbər verir ki, yığma yarımfinalda Misir seçməsinə 22:15 hesabı ilə qalib gələrək həlledici raunda adlayıb.
Qeyd edək ki, Azərbaycanın bu gün keçiriləcək final görüşündəki rəqibi İran - Türkiyə cütünün qalibi olacaq.
21:04 19.11.2025
Oxunuş sayı: 2612