Avropa çempionatı: Azərbaycanın basketbol millisi seçmə mərhələdə növbəti dəfə uduzub
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Crossmedia.az xəbər verir ki, Ukrayna ilə üz-üzə gələn Evren Alkayanın baş məşqçisi olduğu kollektiv rəqibinə 34:98 hesabı ilə uduzub.
Qarşılaşma Latviyanın paytaxtı Riqada keçirilib.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Bolqarıstana 48:141, Monteneqroya isə 62:104 hesabı ilə uduzub.
22:08 18.11.2025
Oxunuş sayı: 1087