Məmmədli kəndində 4 yararsız avtobus yanıb
Abşeron rayonu, Məmmədli kəndində 4 yararsız avtobus yanıb.
Bu barədə Crossmedia.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Belə ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin müdaxiləsi sayəsində ərazidə park edilmiş istismara yararsız avtobuslarda baş vermiş yanğın yayılmasına, o cümlədən digər avtobuslara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Ərazidə ümumilikdə 35 ədəd istismara yararsız avtobus olub.
19:37 18.11.2025
Oxunuş sayı: 1324