Azərbaycan millisi EEVZA çempionatında iştirak etmək üçün Latviyaya yollanıb
18 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak məqsədi ilə Latviyaya yollanıb.
Bu barədə Crossmedia.az-a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
Baş məşqçi Cahangir Seyed Abbasi siyahıya 14 voleybolçu daxil edib.
Oyunçular: Elvin Qədirli, Əlihüseyn Məmmədov, Əli Həmzəyev, İsmayıl Abbasov, Okan İsayev, Məhəmməd Orucov, Zamiq Mayılov, İslam Zamanov, Orxan Aslanzadə, Daniil Belov, Rafiq Rzayev, Elvin Abdullayev, Turan Qəhrəmanlı, Məhəmməd Bayramov.
Qeyd edək ki, komanda noyabrın 20-23-ü aralığında Dauqavpils şəhərində keçiriləcək yarışın B qrupunda mübarizə aparacaq. U-18 Estoniya və Ukrayna ilə üz-üzə gələcək.
10:07 18.11.2025
Oxunuş sayı: 1264