Azərbaycanın U-19 millisi bu gün Malta ilə üz-üzə gələcək
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.
Crossmedia.az-ın məlumatına görə, yığma Maltanın Ta Qali şəhərində Malta ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə 14:00-da start götürəcək.
Qeyd edək ki, U-19 daha əvvəl Çexiyaya 1:6, Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.
09:36 18.11.2025
Oxunuş sayı: 1209