Avropa çempionatı: Azərbaycanın basketbol millisi seçmə mərhələdə növbəti oyununu keçirəcək
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq.
Crossmedia.az-ın məlumatına görə, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv Ukrayna ilə üz-üzə gələcək.
Qarşılaşma Latviyanın paytaxtı Riqada, Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Bolqarıstana 48:141, Monteneqroya isə 62:104 hesabı ilə uduzub.
09:06 18.11.2025
Oxunuş sayı: 1215