Bakıda 15 yaşlı yeniyetmə qətlə yetirilib, saxlanılan var
Noyabrın 17-də saat 22 radələrində Yasamal rayonu ərazisində 2010-cu il təvəllüdlü H. Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.
Crossmedia.az xəbər verir ki, ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə. Novruzlu saxlanılıb.
Araşdırmalar davam etdirilir.
22:41 17.11.2025
Oxunuş sayı: 1926