Azərbaycan millisinin futbolçusu U-21-in heyətinə cəlb edilib
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına yeni futbolçu dəvət olunub.
Crossmedia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransa ilə keçirilən oyunlar zamanı A millinin düşərgəsində olan "Şamaxı"nın müdafiəçisi Rüfət Abbasov U-21-in heyətinə cəlb edilib.
Qeyd edək ki, U-21 noyabrın 18-də Avropa çempionatının seçmə mərhələsində Cəbəllütariq yığması ilə səfərdə qarşılaşacaq.
17:35 17.11.2025
Oxunuş sayı: 1121