Şahruddin Məhəmmədəliyev Fransa millisi ilə oyunda zədələnib
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev zədələnib.
Crossmedia.az-ın məlumatına görə, qolkiper DÇ-2026-nın seçmə mərhələsində Fransa yığmasına qarşı keçirilən matçda xəsarət alıb.
Qarşılaşmaya ilk "11-lik"də başlayan oyunçu ikinci hissədə meydana çıxa bilməyib. Onu Aydın Bayramov əvəzləyib.
Qeyd edək ki, Azərbaycan millisi hazırda məğlub durumdadır - 1:3.(Report)
22:12 16.11.2025
Oxunuş sayı: 1684